Bu gün 10:00-dan bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılacaq
24
iyl
2024
06:26
Bu gün Mingəçevir şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılacaq.
"Report"un məlumatına görə, 35/6 kilovoltluq "Karxana" yarımstansiyasından çıxan 6 kilovoltluq 18 saylı elektrik hava xəttinə təhlükə törədən ağac budaqlarının budanması məqsədilə bu gün saat 10:00-dan 13:00-dək şəhərin 20 Yanvar, M.Maqomayev və digər küçələrdə elektrik enerjisinin verilişində fasilə olacaq.
Aidiyyəti idarədən bildirilib ki, işlər başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq.
Oxşar xəbərlər
Bu gün energetiklərin peşə bayramı günüdür
Bu gün Azərbaycanda Energetiklərin peşə bayramı günüdür. Artıq 19 ildir ki, energetiklər bu günü qeyd edirlər. BAKU.WS xəbər verir ki, 1981-ci il oktyabrın 20-...