Bu festivallar vasitəsilə bölgələrdə emal müəssisələrinin yaradılmasını təşviq edirik - Anar Cəfərov

Bu festivallar vasitəsilə bölgələrdə emal müəssisələrinin yaradılmasını təşviq edirik - Anar Cəfərov
Sosial 29

"2025-ci ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin Agrar İnnovasiya Mərkəzi tərəfindən bölgələrdə məhsul festivallarına start verilib. İl ərzində 19 bölgədə məhsul festivalı keçirilib. Əsas məqsəd bölgələrdə iqlim şəraitinə uyğun olaraq klasterin formalaşdırılmasıdır. O cümlədən qeyd etmək istərdim ki, bu festivallar vasitəsilə bölgələrdə emal müəssisələrinin yaradılmasını təşviq edirik".

BAKU.WS-in Neftçalaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Agrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov 90-cı yubiley Aqrar Biznes Festivalı və cari ilin son məhsul festivalı - "1-ci Balıq Festivalı" çərçivəsində jurnalistlərə bildirib.

A.Cəfərov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən gələn ilin may ayında təşkil olunacaq Caspian Agro sərgisində təmsil olunacaqlar.

Bu festivallar vasitəsilə bölgələrdə emal müəssisələrinin yaradılmasını təşviq edirik - Anar Cəfərov

O vurğulayıb ki, 19 bölgədə Məsul festivalları keçirilib və Caspian Agro sərgisində Azərbaycan bölgələri pavilyonu adı altında bu festivalların keçirildiyi bölgələr təmsil olunacaqlar. Bu, 400-dən çox şirkətin və 40-dan çox ölkədən gələn beynəlxalq təşkilatların birbaşa əlaqədə olmasına və təcrübə mübadiləsinə imkan verəcək.

Anar Cəfərov əlavə edib ki, bugünkü tədbir biznes festivallarının 90-cısıdır və yubiley tədbiridir. Bu festivalların əsas məqsədi təchizatçı müəssisələr və şirkətlərlə fermerlər arasında əlaqələrin qurulması və möhkəmləndirilməsidir, həmçinin dövlət-özəl tərəfdaşlığının inkişafına xidmət edir. Tədbirdə iştirak edənlərin sayı yüksəkdir və belə tədbirlər bütün bölgələrdə sakinlər tərəfindən müsbət qarşılanır. Bu isə həmin ilin yekun tədbiri olaraq təşkil olunub.

Orxan Hüseyn

Son xəbərlər