Bu ərazilərə qar yağacaq, yollar buz bağlayacaq - VİDEO
Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək, qar yağacaq, yollar buz bağlayacaq.
BAKU.WS xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 22-dən-25-dək havanın arabir yağıntılı olacağı, dekabrın 23-24-də bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək.
Gülşad Məmmədova rayonlarda da qeyri-sabit hava şəraitinin müşahidə olunacağını bildirib.
Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlaması ilə əlaqədar əhaliyə daha ehtiyatlı olmaq tövsiyə edilib.
Oxşar xəbərlər
Noyabr ayının hava proqnozu açıqlanıb
Noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə,...