Bu ərazilərdə mənzillərin qiyməti kəskin UCUZLAŞDI
Bakıətrafı qəsəbələrdə mənzillərin qiyməti kəskin enib.
Eləcə də bazara çıxarılan mənzil sayları da artıb. Bu, əsasən Xırdalan, Masazır və Binədə daha qabarıq şəkildə müşahidə olunur. Zabrat qəsəbəsində, Kürdəxanı və Pirşağı kəndlərində də həyət evlərinin qiymətində eyni hal yaşanır.
BAKU.WS xəbər verir ki, ekspertlərin sözlərinə görə, satışa çıxarılan sosial evlərin qiyməti aşağı olsa da, onlara da tələbat azdır. Əsas səbəb isə həmin ərazilərdə ictimai nəqliyyat problemidir. Sakinlər mərkəzə gəlmək üçün bir neçə dəfə marşrut dəyişməli olurlar.
Qeyd edək ki, sözügedən ərazilərdə ikimərtəbəli, 5 otaqlı, tam təmirli, ən əsası isə əşyalı mənzillər 80-90 min manata satışa çıxarılır. Bəzən qiymət 55-60 min manat həddində olur. /Xəzər TV
Oxşar xəbərlər
18 mindən çox abonentin qazı kəsiləcək
Martın 11-də saat 10:00-dan etibarən Quba şəhəri və 33 yaşayış məntəqəsində ümumilikdə 18 520 abonentin qaz təchizatı dayandırılacaq. BAKU.WS xəbər verir ki, bu...