Bu ərazilərdə elektrik şəbəkəsi yenidən qurulacaq - 15 milyonluq LAYİHƏ
"Azərişıq" ASC işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun qurulması ilə bağlı işlər görəcək.
BAKU.WS-in məlumatına görə, işlər çərçivəsində Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi, Sos kəndi, eləcə də Ağdərə və Xocalı rayonlarının bir sıra kəndlərinin elektrik təchizatının yaxşılaşdırılması nəzərdə tutulur.
Layihənin ehtimal olunan dəyəri 15 milyon 400 min manatdan çoxdur. Satınalma Ağdərə rayonunun Vəngli, Çıldıran, Heyvalı, Kolatağ, Qozlu, Qozlukörpü və Həsənriz kəndlərində xarici və daxili elektrik şəbəkələrinin qurulmasını əhatə edir. Buraya elektrik xətlərinin çəkilməsi, enerji təminatı sistemlərinin yaradılması və yaşayış məntəqələrinin dayanıqlı elektriklə təmin olunması daxildir.
Qeyd edək ki, layihənin həyata keçirilməsi bölgədə yaşayış şəraitinin yaxşılaşmasına, infrastrukturun bərpasına və əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına mühüm töhfə verəcək.
Oxşar xəbərlər
Köhnə liftlərdə yaranan problemlər: Nasazlıq zamanı sərnişinlər nə etməlidirlər?
Hazırda paytaxtdakı çoxmərtəbəli binaların bir çoxunda sakinlərin ciddi narahatlıqlarından biri də liftlərdə yaranan nasazlıqlar zamanı kömək çağırmaq imkanının...