Bu ərazidə qanunsuz küçə ticarəti və yararsız reklam lövhələri yığışdırıldı
"Mincivan–Hacıqabul avtomobil yolunun Füzuli rayonu Bala Bəhmənli kəndi ərazisindən keçən hissəsində, "Dörd yol" adlanan ərazidə mütəmadi olaraq müşahidə olunan nəqliyyat sıxlıqlarının aradan qaldırılması məqsədilə yol çiyinlərində yerləşən qanunsuz küçə ticarəti və yararsız reklam lövhələri yığışdırılmış, ərazi asfaltlanmış, həmçinin yeni dayanacaq (duracaq) zonası və parklanma yaradılıb".
BAKU.WS xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
Deputat əlavə edib ki, Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yol kənarları yeni standartlara uyğun yenidən qurulub.
Qeyd edək ki, torpaqlarımızın işğaldan azad olunmasından sonra rayon ərazisindən səfər edən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün bütün tədbirlər görülür və ərazidə bərpa, quruculuq və abadlaşdırma işləri ardıcıl şəkildə davam etdirilir.
Sözügedən ərazinin əvvəlki və hazırkı vəziyyətini əks etdirən fotoşəkillər ilə görmək mümkündür.
Qalereya
Oxşar xəbərlər
Olimpiya stadionunun yaxınlığında su altında qalan şarj məntəqələri: 17 cihazdan yalnız ikisi işlək vəziyyətdədir
17 elektrikdoldurma cihazından yalnız ikisi işlək vəziyyətdədir, 15-i suyun altında qalaraq xarab olub... BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət B...