Bu dərmanlar da sığortaya daxil edilir - Yeni sistem gəlir

Bu dərmanlar da sığortaya daxil edilir - Yeni sistem gəlir
Açıqlama
Sosial 185

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS) 2025-ci il üçün əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirib. Yeni mərhələdə əsas prioritetlərdən biri ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin mərhələli şəkildə icbari tibbi sığorta hesabına qarşılanması olacaq.

BAKU.WS-in sorğusuna cavab verən agentlik bildirib ki, ilkin mərhələdə bu sistem ürək-damar sistemi xəstəlikləri üzrə, növbəti mərhələdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrini əhatə edəcək.

Qurumdan bildirilib ki, hazırda bu istiqamətdə həm hüquqi, həm də texniki mexanizmlərin formalaşdırılması üçün kompleks hazırlıq işləri aparılır. Artıq "Tibbi sığorta haqqında" və "Əhalinin sağlamlığının qorunması haqqında" qanunlara müvafiq dəyişikliklər edilib, indi isə praktiki tətbiq üçün zəruri olan normativ sənədlərin razılaşdırılması mərhələsi davam edir.

Yeni sistem çərçivəsində dərman vasitələrinin yalnız elektron resept əsasında verilməsi nəzərdə tutulur. Bunun üçün müvafiq texnoloji inteqrasiyalar, apteklərlə əməkdaşlıq mexanizmləri və hesabatlılıq sistemi üzərində iş aparılır.

İTS qeyd edir ki, bu islahat vətəndaşların dərman təminatına çıxışını asanlaşdıracaq, tibbi xidmətlərin səmərəliliyini və şəffaflığını isə daha da artıracaq.

Şahanə Xankişiyeva

Son xəbərlər