Bu çimərliklərdə dəniz suyunun keyfiyyəti çirkli müəyyən edilib

Bu çimərliklərdə dəniz suyunun keyfiyyəti çirkli müəyyən edilib
Sosial 442

Çimərlik ərazilərindəki dəniz suyunun keyfiyyətinin yoxlanılması məqsədilə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən növbəti monitorinqlər keçirilib.

İdarənin rəisi Nazim Mahmudov BAKU.WS-ə bildirib ki, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji və fiziki-kimyəvi təhlillər aparılıb.

Aparılan birgə monitorinq və analizlərin nəticələrinə görə, Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilindədir.

“Şıx, Türkan, Hövsan, Pirşağı, Corat çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri isə bakterioloji cəhətdən çirkli müəyyən edilib”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu çimərliklərə getməyin! - Qadağan olunan dənizkənarı ərazilər BUNLARDIR

Bu çimərliklərə getməyin! - Qadağan olunan dənizkənarı ərazilər BUNLARDIR

Yay mövsümündə əhalinin üz tutduğu məkanlardan birincisi çimərliklərdir. Hazırda insanların əyləncəsini və istirahətini təmin etmək üçün Xəzər dənizi sahilində...

3461 Sosial 08:17 22 iyun 2021

Son xəbərlər