Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq - 715 minlik LAYİHƏ
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tabeliyində olan müəssisələrin texniki təminatını gücləndirmək məqsədilə İKT və məişət avadanlıqları alacaq.
BAKU.WS-in əldə etdiyi məlumata görə, satınalmanın ümumi dəyəri 715 598,02 manat təşkil edir.
Layihə çərçivəsində alınacaq texnikalar Naxçıvan MR Təhsil Nazirliyinin tabeliyindəki məktəblərdə və digər təhsil müəssisələrində istifadə ediləcək.
Bu, Naxçıvanda təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində atılan növbəti addım olacaq. Müasir kompüter və İKT avadanlıqları məktəblərdə rəqəmsal tədrisin inkişafına, müəllim və şagirdlər arasında elektron resurslardan istifadənin genişlənməsinə şərait yaradacaq.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...