Bu avtomobil yolunda hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14-cü kilometrində yerüstü piyada keçidinin üst konstruksiyasının quraşdırılması ilə əlaqədar 24 aprel tarixində saat 05:00-dan 06:00-dək yolun qeyd edilən hissəsində hərəkət qismən məhdudlaşdırılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yayıb.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən saatlarda sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik", - AAYDA qeyd edir.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...