Bu avtobusların hərəkət sxemi dəyişdi

Bu avtobusların hərəkət sxemi dəyişdi
Sosial 226

M8 Maştağa - Gənclik m/st-sı ekspres xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

BAKU.WS Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, dəyişikliyə əsasən, M8 xətti üzrə avtobusların Ziya Bünyadov prospekti, Böyük Şor qovşağı yaxınlığındakı dayanacaq məntəqəsi artıq ləğv edilib.

Maştağa qəsəbəsi - Gənclik m/st-sı istiqamətində avtobusların hərəkəti sabahdan “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən keçməklə təşkil ediləcək.

"Metronun “Gənclik” stansiyası istiqamətində M8 xətti ilə hərəkət edəcək sərnişinlərdən ikinci perrondan istifadə etmələri xahiş olunur", - deyə məlumatda bildirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər