İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanındakı ixtisas sualları açıqlanıb

İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanındakı ixtisas sualları açıqlanıb
Sosial 59

İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanında istifadə olunmuş ixtisas sualları açıqlanıb.

Təhsil İnstitutundan bildirilib ki, 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı 8 iyun 2024-cü ildə təşkil olunub.

Bu imtahanda 6 464 ibtidai sinif müəllimi iştirak edib.

İmtahanın təfərrüatları:

• Müddət: 120 dəqiqə

• Ümumi sual sayı: 60

Azərbaycan dili üzrə ixtisas suallarının sayı: 25

Riyaziyyat üzrə ixtisas suallarının sayı: 25

Tədris metodikası və təlim strategiyaları üzrə sualların sayı: 10

İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanının 3663 nəfərin iştirak etdiyi 1-ci seansında istifadə olunmuş ixtisas sualları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

İbtidai sinif – Azərbaycan dili

İbtidai sinif – Riyaziyyat

Qeyd: tədris metodikası və təlim strategiyalarına aid suallar bütün fənlər üzrə oxşar olduğu və təhsilverənlərin sertifikatlaşdırılması prosesi davam etdiyi üçün bu suallar hazırda ictimaiyyətlə paylaşılmır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Ali məktəblərə müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə müsabiqə şərtləri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2021-2022-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə tələbə qəbulunun şərtlərini açıqlayıb. DİM-dən BAKU.WS-ə verilən məlumata g...

912 Sosial 12:23 26 may 2021

Son xəbərlər