BŞİH gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir
Bakıya intensiv qar yağması səbəbindən bütün gün ərzində Bakı Şəhər (BŞİH) və paytaxt rayonlarının icra hakimiyyətləri, qurumların kommunal xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdiriblər.
Bu barədə BAKU.WS-ə BŞİH-dən məlumat verilib.
"Yağan qarın fəsadlarının aradan qaldırılması ilə bağlı kommunal xidmətlər tərəfindən operativ tədbirlər görülür. Xüsusi təyinatlı texnika tərəfindən mərkəz küçə və prospektlər, həmçinin ətraf qəsəbələrin yolları qardan təmizlənir, texniki duz səpilir", - məlumatda qeyd olunub.
Bildirilib ki, erkən saatlardan etibarən, kommunal xidmətlər metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə texniki duz səpilməsi və digər təmizlik işlərini davam etdiriblər.
Qalereya
Oxşar xəbərlər
Zabratda kanalizasiya və su problemi yenidən baş qaldırdı: Sakinlər ÇIXILMAZ VƏZİYYƏTDƏ
Paytaxtın Sabunçu rayonunun Zabrat-2 qəsəbəsində kanalizasiya və su problemi ilə bağlı daha əvvəl Baku TV tərəfindən çəkiliş aparılıb. Ərazidə müəyyən işlər gör...