Brilliantdan Rəşad Dağlının oğluna: "Şərəfsizlərin sayı bilirsən nə qədərdir?" - FOTO

Brilliantdan Rəşad Dağlının oğluna: Şərəfsizlərin sayı bilirsən nə qədərdir? - FOTO
Sosial 2376

Meyxanaçı Rəşad Dağlının oğlu Yusif Əmirov instaqram səhifəsində iddialı paylaşım edərək atasının üzünə gülüb onunla oyun oynayanların olduğunu bildirib.

BAKU.WS xəbər verir ki, "Show_news" instaqram səhifəsində paylaşılan xəbərə Xalq artisti Brilliant Dadaşova münasibət bildirib. O, Yusifin payalaşımına qarşılıq bu sözləri yazıb:

"Eh oğlum, şərəfsizlərin sayı bilirsən nə qədərdir? Çətin olan insani keyfiyyətləri qoruya bilməkdir. Yoxsa şərəfsizlərin hamısıyla baş açmağa bir ömür yetməz…"

Qeyd edək ki, meyxanaçının oğlu paylaşımında, "Gözəl ata, sənə paxıllıq edən yanında olan oldu. Üzünə gülüb oyunlar oynadı. Allah övladlarından çəkdirsin. Sən həmişə öyrədirdin ki, kişi kişinin arxasından danışmaz. Allahın ədaləti böyükdür. Ən yaxın zamanda maskaları düşəcək. Buna inanıram. Siz də o şərəfsizləri görəcəksiz", - sözlərini qeyd edib.

Oxşar xəbərlər

55 obyektdə pozuntular aşkarlanıb

55 obyektdə pozuntular aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş...

267 Sosial 17:56 11 fevral 2021

Son xəbərlər