BQXK nümayəndələri Ermənistanda əsir saxlanılan iki Azərbaycan vətəndaşına baş çəkiblər
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına yenidən baş çəkiblər.
BAKU.WS xəbər verir ki, bu barədə report-a BQXK-nin Bakı ofisindən məlumat verilib.
Qeyd edilib ki, onlara telefon və Qızıl Xaç Məktubları vasitəsilə ailələri ilə əlaqə yaratmaq imkanı verilib.
"Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Əsirlikdə olan Aqşinin anası: “Oğlumun xəttini tanıyıram, məktubu o yazmayıb”
“Oğlumun əsirlikdə yazdığı məktub bizə gəlib çatdı, amma onun xətti deyil”. BAKU.WS xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Ermənistanda əsir saxlanılan...