BP dünyada ilk dəfə "Xankəndi" gəmisi ilə Xəzərdəki sualtı quyulara xidmət göstərməyə başlayır

BP dünyada ilk dəfə Xankəndi gəmisi ilə Xəzərdəki sualtı quyulara xidmət göstərməyə başlayır
Sosial 68

"BP-Azerbaijan" şirkəti gələn həftə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun "Dərinsulu Günəşli" sahəsində bir sıra quyularda sualtı əməliyyatlara başlayacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionu üzrə quyular üzrə vitse-prezidenti Rassel Morris sosial şəbəkədə yazıb.

O qeyd edib ki, "Xankəndi" sualtı tikinti gəmisi tam yenidən təchiz edilib və artıq gələn həftə bir sıra sualtı müdaxilə işləri aparmaq üçün "Dərinsulu Günəşli" sahəsinə gedəcək.

"Bu əməliyyat, "Oceaneering International" şirkəti tərəfindən işlənib hazırlanmış, gəmi operatoru kimi "Saipem" şirkətinin və intervensiya avadanlığı sahəsində SLB şirkətinin dəstəyi ilə innovativ borusuz müdaxilə texnologiyası BORIS ("Blue Ocean Riserless Intervention System") sisteminin dünyada ilk dəfə tətbiq olunacaq", - deyə vitse-prezident vurğulayıb.

Qeyd edək ki, bu texnologiya təzyiqin səmərəli nəzarətini və hasilatın artırılması imkanlarının erkən aşkarlanmasını təmin edəcək ki, bu da yatağın gələcək potensialını üzə çıxarmağa imkan verəcək.

Bundan başqa, regionda ilk dəfə olaraq sualtı işlər yarımdalma tipli qazma qurğusundan deyil, üzərinə BORIS sisteminin inteqrasiya ediləcəyi gəmidən həyata keçiriləcək.

Son xəbərlər