Böyükşor-Pirşağı avtomobil yolunda yeni yerüstü piyada keçidləri inşa edilir

Böyükşor-Pirşağı avtomobil yolunda yeni yerüstü piyada keçidləri inşa edilir
Foto Video
Sosial 739

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Böyükşor-Pirşağı avtomobil yolunda yeni yerüstü piyada keçidləri inşa edir.

BAKU.WS bu barədə agentliyə istinadən xəbər verir.

Artıq avtomobil yolunun 6,5-ci km-lik hissəsində uzunluğu 42,2 metr, 7,7-ci km-lik hissəsində isə uzunluğu 47 metr təşkil edən piyada keçidlərinin inşasına start verilib.

Keçidlərin yol səviyyəsindən hündürlüyü 5,5 metr, hərəkət hissəsinin eni isə 2,5 metr təşkil edir.

Layihə üzrə keçidlərdə 23,2 metr uzunluğa malik pandus hissənin yaradılması nəzərdə tutulub. Pandus hissənin ümumi eni 3,8, hərəkət hissəsinin eni 1,65 metr olacaq.

Piyada keçidləri aşırım və panduslar monolit d/beton möhkəmləndirilmiş süni (geocel) əsaslı bünövrələrdən, aşırım, aşırım dayaqları, pilləkənlər və pilləkən dayaqları metal konstruksiyadan ibarət olmaqla layihələndirilib.

Pandus hissələr isə monolit d/beton sütunlardan, eninə və uzununa rigellərdən, hərəkət hissəsini təşkil edən tavadan ibarət olacaq.

Təhlükəsizlik səbəbi ilə hərəkət hissəsinin hər iki tərəfinə metal məhəccərlərin qoyulması nəzərdə tutulub.

Oxşar xəbərlər

Qərb bölgəsində dabaq xəstəliyi sürətlə yayılır: Fermerlər zərər içində

Qərb bölgəsində dabaq xəstəliyi sürətlə yayılır: Fermerlər zərər içində

Azərbaycanın bir sıra bölgələrində olduğu kimi, Qərb bölgəsində də geniş yayılan dabaq xəstəliyi sakinləri narahat etməyə başlayıb. Ağstafadan olan fermerlər bi...

218 Sosial 22:30 19 oktyabr 2025

Son xəbərlər