Bölgələrdə xizək kirayəsi neçəyədir? - QİYMƏTLƏR
![Bölgələrdə xizək kirayəsi neçəyədir? - QİYMƏTLƏR](https://baku.ws/storage/photos/uploads/thumbs/large/aMEvwdON2NclvqLpkOY3dxRCYdkBgGUSIWNgZ84S.webp)
Havanın qarlı keçməsi və xüsusilə dağlıq bölgələrə yağan güclü qar qış turizmini canlandırıb.
BAKU.WS xəbər verir ki, turizm üzrə ekspert Rəhman Quliyev bildirir ki, xüsusilə qış aylarında yerli turistlər əsasən həftəsonları istirahət mərkəzlərinə üz tururlar.
Ən çox üstünlük verilən yerlər isə qış turizm imkanları olan komplekslərdir. Xüsusilə xizəkdən istifadə və dağ turları turistlərin ən çox üstünlük verdiklərindəndir. Xizək və alətlərinin kirayə qimətləri isə 30 manatdan başlayır.
Rəhman Quliyev deyir ki, həftə sonlarına nisbətən həftəiçi bölgələrdə otellərin qiymətləri 20-30% daha aşağı olur. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə tikiləcək termal və qış turizm kompeksləri gələcəkdə turistlərin seçim imkanlarını da artıracaq.
Ekspert onu da qeyd etdi ki, yerli turistlər bölgələrlə yanaşı, qış aylarında isti ölkələrə, həmçinin qonşu Türkiyə və Gürcüstana da üz tuturlar.
İstanbul istiqamətində isə 4 gecə 5 gün səhər yeməyi daxil 1 nəfərin istirahəti 1100-1200 manata, 4 ulduzlu otellərdə isə 700-800 manata başa gəlir.
Oxşar xəbərlər
Nazirlik: Heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına mənfi təsir göstərir
Heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına mənfi təsir göstərir, fermerlərin daha çox gəlir əldə etməsinin qarşısını alır. BAKU.WS report-a istinadən xəb...
![](/images/banners/placeholder_home_right_az.jpg)