Boğazdan "çöp çıxartmaq" adı ilə aparılan müdaxilələr təhlükə saçır – Həkimlər xəbərdarlıq edir

Son illər bəzi bölgələrdə boğazda ağrı, iltihab və ya səs tutulması hallarında "çöp çıxartmaq" adı ilə edilən müdaxilələr artmaqdadır.
BAKU.WS xəbər verir ki, bu üsul xalq arasında alternativ müalicə kimi təqdim olunsa da, mütəxəssislər bunun ciddi fəsadlara yol aça biləcəyini bildirirlər.
Boğaz ağrısından əziyyət çəkən bir çox insan mütəxəssisə müraciət etmək əvəzinə, "çöpçü" adlandırılan şəxslərin yanına üz tutur. Bu şəxslər sadə alətlərlə boğaza müdaxilə edərək guya oradan "çöp" çıxardıqlarını iddia edirlər. Halbuki mütəxəssislər belə bir tibbi anlayışın olmadığını və bu müdaxilələrin boğazda infeksiya, qanaxma, hətta nəfəs yollarında zədə yarada biləcəyini qeyd edirlər.
Qulaq, burun, boğaz üzrə həkimlər bildirirlər ki, bu cür qeyri-peşəkar müdaxilələr uşaqlar və yaşlılar üçün daha təhlükəlidir. Bəzən pasiyentlər həkimə yalnız vəziyyət pisləşdikdən sonra müraciət edir və nəticədə müalicə prosesi çətinləşir.
Səhiyyə sahəsində çalışanlar əhaliyə çağırış edərək, belə hallarda yalnız peşəkar tibbi yardım almağı tövsiyə edirlər. Həkimə müraciət etmədən edilən hər hansı fiziki müdaxilə sadəcə vəziyyəti ağırlaşdırır.
Oxşar xəbərlər
Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI
Tədqiqatçılar çox yayılan qan xərçəngini məhv edə biləcək üsul kəşf ediblər Duke Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, STK17B fermentinin bloklanma...
