BNA sürücülərə müraciət etdi: Paytaxtın bu hissəsində ehtiyatlı olun! (FOTO)
13
noy
2018
21:06
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Babək prospekti kənar yolla Məzahir Rüstəmov küçəsinin kəsişməsində kommunikasiya xəttinin dəyişdirilməsi ilə əlaqədar qazıntı işləri aparılır.Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, lakin iş icraçıları tərəfindən yolda hər hansı bir təhlükəsizlik tədbiri görülməyib:"Yolda qazıntının olduğunu bildirən zəruri nişanlanma işləri təşkil edilməyib. Bununla yanaşı M.Rüstəmov küçəsində işıqlandırma olmadığından hərəkətin təhlükəsizliyi baxımından ciddi çətinliklər yaranıb.Qeyd edilənləri nəzərə alaraq sürücülərdən son dərəcədə ehtiyatlı olmalarını xahiş edirik".BAKU.WS


Oxşar xəbərlər
Paytaxtda bu dairədə hərəkət bərpa ediləcək
Ziya Bünyadov prospekti, kənar yol ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək.Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumat...