BMT rəsmisi: WUF13-də qadınların mənzil təminatına dair sənədlər qəbul olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
WUF13 çərçivəsində qadınların təhlükəsiz mənzillərlə təmin olunması, gender bərabərliyinin nəzərə alınması barədə sənədlərin qəbul olunması planlaşdırılır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Dayanıqlı İnkişaf Qrupunun sədri Amina J. Mohammed Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qadınların Dəyirmi Masası: Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil təminatı" mövzusunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, şəhər həyatının formalaşdırmasında böhranlar və qadınlara təsirləri nəzərə alınmalıdır:
"Güclü şəhərlər olmadan qadınların hüquqlarını təmin etmək olmaz. Buna görə də yaşayış yerlərini qadınlar üçün əlçatan etmək lazımdır".
A.Mohammed əlavə edib ki, bu mövzu WUF13də də geniş müzakirə olunur və həlli istiqamətində sənədlərin qəbulu nəzərdə tutulub.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...