Blogger Elnur Jalina həyat yoldaşına 50 min manat dəyərində sürpriz edib

Blogger Elnur Jalina həyat yoldaşına 50 min manat dəyərində sürpriz edib
Foto
Sosial 798

Sosial medianın xüsusəndə TikTok platformasının rəngli simalarından olan "Elnur.Jalina"kimi tanınan Elnur Lətifov yoldaşına etdiyi bahalı hədiyyə ilə gündəmə gəlib.

Hər zaman səmimi və maraqlı videoları ilə minlərlə izləyicinin sevgisini qazanan Elnur bu dəfə ailə həyatındakı nümunəvi addımı ilə diqqət çəkib.

Gənc blogger yoldaşına olan sevgisini və diqqətini göstərmək üçün ona lüks "Ford Mustang" markalı avtomobil hədiyyə edib. Qiyməti təxminən 50 min manat olan ağ rəngli lüks maşını qırmızı lentlə bəzəyən blogger, bu anları izləyiciləri üçün paylaşıb.

"Yoldaşım hər şeyin ən yaxşısına layiqdir"

Elnur Lətifov bu addımı ilə bağlı hisslərini bölüşərkən hər kəsə örnək olacaq sözlər deyib. O bildirib ki, uğur qazanmaqda ailənin dəstəyi böyükdür:

"Həyatda hər bir insan yoldaşına, ailəsinə dəyər verməyi bacarmalıdır. Biz bu yolu bir yerdə addımlayırıq, çətinliyimiz də, sevincimiz də birdir. Bu hədiyyə sadəcə bir əşya deyil, yoldaşımın mənə verdiyi dəstəyə olan kiçik bir təşəkkürümdür. İnsan var-dövlətini ailəsi üçün xərcləyəndə o daha da bərəkətli olur."

Televiziya ekranlarından sosial mediaya...

Xatırladaq ki, Elnur Lətifov təkcə sosial mediada deyil, həm də televiziya məkanında tanınan biridir. O, "Xəzər TV" və "ARB TV"-nin bir neçə reytinqli verilişində qonaq olub, öz səmimiyyəti ilə tamaşaçıların yaddaşında qalıb.

Blogger Elnur Jalina həyat yoldaşına 50 min manat dəyərində sürpriz edib

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər