Bitməyən erməni yalanı: Yaralı azərbaycanlını öz vətəndaşı kimi təqdim etdilər – FOTOFAKT
Yeniliklərdən dərhal xəbərdar olun
Kanada Erməniləri Milli Komitəsinin feysbuk səhifəsində bir gün əvvəl guya Azərbaycanın Qarabağın mülki erməni əhalisinə “təcavüz” etməsi ilə bağlı yalan yazı dərc edilib.
BAKU.WS media.az-a istinadən xəbər verir ki, Kanadadakı erməni diasporunun nümayəndələri genişmiqyaslı anti-Azərbaycan təxribatını Azərbaycanın mülki erməni əhalisinə qarşı “təcavüzü” kimi təqdim etməyə çalışırlar. Reallıqda isə sentyabrın 12-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupları gecə saatlarında dağlıq ərazidən və dərələrdən istifadə etməklə Azərbaycan ordusunun bölmələrinin mövqelərini və təminat yollarını minalayıblar. Bölmələrimiz tərəfindən bu hərəkətlərin qarşısının alınması üçün həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində silahlı toqquşma baş verib.
Eyni zamanda, erməni təbliğatçıları sübut kimi Azərbaycanın Bərdə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulması zamanı yaralanan mülki vətəndaşın fotosunu dərc edərək “Azərbaycan mülki obyektləri atəşə tutur” başlığı ilə dərc ediblər.
Aşağıdakı foto Anadolu Agentliyinin əməkdaşı Onur Çoban tərəfindən çəkilib. Şəkil 8 oktyabr 2020-ci ildə 44 günlük Vətən Müharibəsi zamanı lentə alınıb. Fotoda zərərçəkənin azərbaycanlı olmasına daha bir sübut Azərbaycan dövlət nömrə nişanlı (AZ 09-BP-128) olan avtomobildir.
Qeyd edək ki, 2020-ci il oktyabrın 8-də Ermənistan Silahlı Qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, mülki əhaliyə qarşı terror aktları həyata keçirərək Bərdə şəhərini artilleriya atəşinə məruz qoyub. Düşmənin “Toçka-U” kompleksindən atəşə tutması nəticəsində mülki əhaliyə və infrastruktura ciddi ziyan dəyib.
Ümumiyyətlə, Ermənistan hökumətinin göstərişi ilə təkcə Bərdə deyil, həm də Gəncə, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və Azərbaycanın digər şəhər və rayonları ballistik raketlərdən və digər ağır artilleriya qurğularından atəşə tutulub. Hərbi təcavüz nəticəsində 12-si uşaq, 27-si qadın, 454-ü vətəndaş olmaqla 93 mülki şəxs həlak olub, 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, o cümlədən 288 avtomobilə ziyan dəyib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...