Bir “WhatsApp”ı 4 cihazda necə istifadə edək? - Yeni funksiya haqqında - FOTO

Bir “WhatsApp”ı 4 cihazda necə istifadə edək? - Yeni funksiya haqqında - FOTO
Sosial 279

“WhatsApp” android cihazlar üçün yeni versiyanı təqdim edib. Gələn yeniləmə ilə artıq tətbiqi birdən çox telefonda istifadə etmək mümkündür.

BAKU.WS xəbər verir ki, indiyədək bir cihazda yalnız bir vatsap hesabından istifadə edilirdi.

Bu yeni funksiya ilə artıq vatsap hesabı eyni vaxtda və bir-birindən asılı olmayaraq 4 smartfonda istifadə edilə bilər. Əlavə edilmiş yeni cihazlar avtomatik olaraq sinxronlaşdırılacaq ki, istifadəçi heç bir mesajı qaçırmasın.

Bəs yeni vatsap 4 fərqli cihazda necə istifadə olunacaq?

Bir “WhatsApp”ı 4 cihazda necə istifadə edək? - Yeni funksiya haqqında - FOTO

- Əvvəlcə ikinci cihazda vatsapı quraşdırın və əsas ekrana toxunun.

- "Cihazı birləşdirin" üzərinə toxunun.

- Əsas cihaza keçin və "Qoşulmuş Cihazlar" menyusuna daxil olun.

- Əsas telefonunuzda "Cihazı birləşdirin" üzərinə klikləyin.

- İkinci cihazla əsas cihazdan QR kodunu oxudun.

Versiya hazırda yalnız WhatsApp beta versiyasında istifadə olunur.

Bir “WhatsApp”ı 4 cihazda necə istifadə edək? - Yeni funksiya haqqında - FOTO

iPhone sahibləri və vatsapın digər versiyalarının istifadəçiləri rəsmi buraxılışa qədər gözləməli olacaqlar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

“WhatsApp”dan qısqanc insanlar üçün “hədiyyə” - FOTO

“WhatsApp”dan qısqanc insanlar üçün “hədiyyə” - FOTO

“WhatsApp” bir neçə cihazda istifadəni çətinləşdirən əsas çatışmazlıqlardan birini həll edib. Belə ki, artıq populyar messenceri bir hesabdan eyni anda bir neçə...

1708 Sosial 08:01 12 aprel 2023

Son xəbərlər