Bir sıra yollarda sürət həddi endirilib, "sürüşkən yol" işarəsi aktivləşdirilib

Bir sıra yollarda sürət həddi endirilib, sürüşkən yol işarəsi aktivləşdirilib
Foto
Sosial 42

Şaxtalı hava şəraiti səbəbindən bir sıra yollarda sürət həddi endirilib, bütün portallarda "sürüşkən yol" işarəsi aktivləşdirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, hazırda Bakıda müşahidə edilən şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Ümumilikdə qeyd edilən yollarda hərəkət sürəti 70 km/saat təyin edilib.

Bununla bağlı qurumun əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "sürüşkən yol " işarəsi qoyulub.

"Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - məlumatda qeyd olunub.

Son xəbərlər