Bir neçə əraziyə leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA
Yeniliklərdən dərhal xəbərdar olun
Senytabrın 12-si saat 15:00-a olan məlumata əsasən Bakı, Sumqayıt, Maştağa, Binə, Neft Daşları, Çilov adası, Şərur, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Xaltan, Qrız, Şabran, Şahdağ, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlıda leysan xarakterli yağış yağıb.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Daşkəsən, Göygöl, Gəncə, Balakən, Şəki, Naftalan, Şəki, Balakən, Şamaxı, Qobustan, Qax, Qrız, Lerikdə duman müşahidə olunub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək, Naxçıvan MR-da 24 dərəcəyədək, Aran rayonlarında 21 dərəcəyədək, dağlıq rayonlarda 10 dərəcəyədək isti qeydə alınıb.
Oxşar xəbərlər
Ölkə ərazisində hava qeyri-sabit keçir, şimşək çaxıb, dolu düşüb - FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 14-nə olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, ş...