Bir əsrlik ömür: 100 yaşlı Ziba Məmmədovanın gənclərə tövsiyəsi
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncəli Ziba Məmmədova ömrünün 100-cü baharını yaşayır.
O, nurlu çöhrəsi, yüksək enerjisi, yaddaşı və həyat eşqi ilə diqqət çəkir.
Ziba nənənin 4 övladı, 11 nəvəsi, 14 nəticəsi və 2 kötücəsi var. Uzun illər tarix və coğrafiya müəllimi kimi fəaliyyət göstərən Ziba xanım ömrünü minlərlə şagirdin savadlanmasına, onların layiqli vətəndaş və şəxsiyyət kimi formalaşmasına həsr edib.
Z.Məmmədova həyatının ən maraqlı səhifələrindən böyük həvəslə Baku TV-yə söz açıb.
"Ali məktəbi yüksək qiymətlərlə bitirmişəm. Həmişə oxuduğum təhsil müəssisəsində fərqlənən tələbələrdən olmuşam. Şagirdlərimi hər zaman çox sevmişəm. Övladlarımı da elə tərbiyə etmişəm ki, vaxtlı-vaxtında yatıb-durublar, qidalanmalarına diqqət ediblər. Mənim hər bir nəsihətim onların yaddaşına həkk olunub. Gənclərə tövsiyəm odur ki, həmişə müəllimlərin hörmətini saxlasınlar və onların nəsihətlərinə qulaq assınlar", - deyə o bildirib.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...