Binəqədinin mərkəzində xaos: "15 dəqiqəlik yolu saat yarıma gedirik"
Yol üzərində heç bir xətləmə yoxdur, üstəlik, yol hərəkəti ilə bağlı nişanlar da yetərli deyil. Bu vəziyyət isə ərazidə xaotik şəraitin yaranmasına səbəb olur. Söhbət Binəqədi qəsəbəsindən gedir.
"Mərkəz Binəqədi" kimi tanınan meydanda hökm sürən bu qarışıqlıq artıq sakinləri də cana yığıb. Sürücülərin avtomobilləri nizamsız şəkildə idarə etməsi həm yol-nəqliyyat hadisəsi riskini artırır, həm də piyadaların həyatını təhlükə altına alır.
Sakinlərdən biri bildirib: "Burada demək olar ki, hər gün hadisə baş verir. Çox qarışıqlıqdır, insanların gediş-gəlişi çətinləşib. Avtomobillər tıxacda qalır, kim kimə yol verməlidir, bilinmir".
Digər sakin isə qeyd edib: "Nişanlar, işıqfor yoxdur. Ona görə də yolun kimə məxsus olduğu bilinmir və tez-tez qəzalar baş verir. Sıxlıq yaranır, saatlarla yolda qalırıq. 15 dəqiqəlik yolu bir saat yarıma gedirik".
Oxşar xəbərlər
Gecələr söyüş, səs-küy: Qalmaqallı kafe sakinləri ayağa qaldırdı
Bakının Sabunçu rayonu, Zabrat-2 qəsəbəsinin sakinləri yaşayış binalarının yaxınlığında fəaliyyət göstərən qanunsuz kafe ilə bağlı şikayətçi olublar. Sakinlərin...