Binəqədidə aylardır təmir edilməyən su borusu, qazılmış küçələr: Sakinlər təngə gəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Binəqədi rayonunun Koroğlu küçəsində su xəttində yaranan nasazlıq aylardır aradan qaldırılmır.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, bir müddət əvvəl aidiyyəti qurumun əməkdaşları ərazidə təmir işləri aparsalar da, problem həllini tapmayıb.
Təmir zamanı qazılan yol da indiyədək bərpa olunmayıb. Hazırda su xəttindən sızan içməli su yol boyunca axaraq israf olunur. Yolda yaranan dərin çalalar isə nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir.
"Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik. Gəlib yolu qazır, borunu müvəqqəti təmir edirlər, sonra isə yol yamaq-yamaq qalır. Hazırda içməli su küçə boyunca israf olunur. Kanalizasiya suları da əraziyə axır", - deyə sakinlərdən biri bildirib.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...