Binəqədi-Görədil və Binəqədi-Balaxanı yollarının kəsişməsində təmir gedir

Binəqədi-Görədil və Binəqədi-Balaxanı yollarının kəsişməsində təmir gedir
Foto
Sosial 133

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Binəqədi-Görədil avtomobil yolu ilə Binəqədi-Balaxanı avtomobil yolunun kəsişməsində cari təmir işlərinə başlayıb.

BAKU.WS xəbər verir ki, sözügedən yol sahəsində aparılan təmir işləri təxminən 200 metr uzunluğunda ərazini əhatə edir.

Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənməsi (sökülməsi) işləri icra olunur. Növbəti mərhələdə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

Qeyd olunan təmir işləri nəqliyyat vasitələrinin hərəkətində müvəqqəti çətinliklərə səbəb ola biləcəyi üçün sürücülərdən ehtiyatlı olmaları və müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur.

Oxşar xəbərlər

Şəhidlərimizi təhqir edən "turistlər" - Bu olaydan nə dərsi çıxarmalıyıq?

Şəhidlərimizi təhqir edən "turistlər" - Bu olaydan nə dərsi çıxarmalıyıq?

Bu gün Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlərin görüntüləri gündəmi zəbt edib. Bu görüntülər sosial şəbəkələrdə haqlı olaraq sərt tənqid olunu...

94 Sosial 23:12 18 avqust 2025

Son xəbərlər