Binanın zirzəmisinə su dolub-daşır: Sakinlər nə edəcəyini bilmir
13
mar
2025
15:39
Abşeron rayonunun Şəfəq qəsəbəsində yaşayan sakinlər ciddi problemlə üzləşiblər.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, qəsəbədə yerləşən yaşayış binalarından birinin zirzəmisinə su dolub.
Mövcud vəziyyət həm təhlükəsizlik, həm də sanitar baxımdan ciddi narahatlıq doğurur.
Zirzəmidə suyun səviyyəsi kifayət qədər yüksəkdir və sakinlərin normal həyatına ciddi maneə yaradır.
Sakinlər aidiyyəti qurumlara müraciət etsələr də, problemin həlli istiqamətində yalnız nasos alınıb. Amma binanın zirzəmisindəki su günü-gündən artır.
Görüntüləri olduğu kimi təqdim edirik:
Oxşar xəbərlər
Xüsusi icra məmurunun vahid geyim forması və nişanı təsdiqlənib
Xüsusi icra məmurunun vahid geyim formasının və nişanının, habelə xüsusi icra məmurunun köməkçisinin nişanının təsvirləri təsdiq edilib. BAKU.WS xəbər verir ki,...