Binaların qarşısı acınacaqlı VƏZİYYƏTDƏDİR - İstirahət üçün heç bir ŞƏRAİT YOXDUR
Yeniliklərdən dərhal xəbərdar olun
Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əhməd bəy Ağayev küçəsi ərazisində yaşayan sakinlər istirahət üçün nəzərdə tutulmuş boş ərazilərin baxımsız və təhlükəli vəziyyətdə olduğunu bildiriblər.
Vətəndaş BAKU.WS-ə göndərdiyi şikayətdə qeyd edir ki, məhlələrdə oturacaq, turnik və uşaqlar üçün yelləncək kimi heç bir avadanlıq yoxdur. Binanın qarşısında isə daşlardan qalaq yığıldığı üçün uşaqların təhlükəsiz şəkildə oynamağı mümkünsüzdür.
Sakinlər bildirirlər ki, bu məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etmiş olsalar da, hələ də heç bir tədbir görülməyib.
Vətəndaşlar aidiyyəti qurumları uşaqların təhlükəsizliyi üçün lazımi tədbirlər görülməsini istəyirlər.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...