BAKU.WS işıqlandırdı, zibbilliyə çevrilmiş çimərlik təmizləndi

BAKU.WS işıqlandırdı, zibbilliyə çevrilmiş çimərlik təmizləndi
Video
Sosial 478

Bilgəhdə qeyri çimərlik ərazidə yaranmış antisanitar vəziyyət aradan qaldırılıb.

BAKU.WS-in məlumatına görə, bununla bağlı Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən bu gün müvafiq tədbir görülüb.

"Zibillik təmizlənib, sahə abadlaşdırılıb, səliqə-səhmana salınıb və ərazi nəzarətə götürülüb. Orada artıq bir aydan uzun zamandır ki, məişət tullantılarının atılması üçün meydançalar və konteynerlər var. Lakin vətəndaşların əksəri müvafiq yerlərə zibilləri atmır və beləcə, acınacaqlı durum yaranır", - deyə Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən redaksiyamıza bildirilib.

***14:42

Bilgəhdə yerləşən pulsuz çimərlik zibilliyə çevrilib.

BAKU.WS xəbər verir ki, bu barədə kadrlar sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, çimərlik istirahət edənlərin qoyub getdiyi zir-zibillə dolub-daşır. 

Elə kadrlardan da aydın olur ki, çimərliyə gələnlərin yedikləri yemək, içdikləri sul qabları və qalıqları Xəzərin Bilgəh sahillərini yuyan suya qarışır. Bu da ərazidə xoşagəlməz görüntü yaratmaqla yanaşı ekologiyaya ziyan vurur.

Təəssüf ki, oxşar kadrlar Novxanı sahillərində də müşahidə edilir. Oradada acınacaqlı vəziyyət hökm sürür.

Son xəbərlər