Bilgəh çimərliyindəki iyrəncliyin mənbəyi məlum oldu - Nazirlikdən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Bilgəh çimərliyinə çirkab suyun axıdılması ilə bağlı daxil olan şikayət əsasında Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən monitorinq keçirilib.
İdarənin rəisi Nazim Mahmudov BAKU.WS-ə bildirib ki, sözügedən çimərliyə axan sudan nümunələr götürülərək bioloji, kimyəvi analizlər aparılıb.
Laborator təhlillərin nəticəsinə görə suyun tərkibindəki kimyəvi göstəricilərin norma daxilində olduğu müəyyən edilib:
“Aparılan analizlərin nəticələri və əraziyə keçirilən vizual baxış onu deməyə əsas verir ki, Bilgəh çimərliyinə axıdılan su kanalizasiya suyu deyil, yeraltı qrunt suyudur”.
Oxşar xəbərlər
Bakıda minlərlə insanın həyatı TƏHLÜKƏDƏ - Nə baş verir? - FOTO
Bakının ən böyük kəndlərindən biri olan Maştağada su problemi getdikcə daha da aktuallaşır. Yox, Maştağa sakinləri su qıtlığından əziyyət çəkmirlər. Əksinə, həy...