Biləsuvarın mərkəzi və 3 kəndinə içməli suyun verilişi bərpa olunub
03
iyn
2023
22:47
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar rayonunun mərkəzinə və 3 kəndinə içməli suyun verilişi bərpa olunub.
Bu barədə “Report”un yerli bürosuna rayon icra hakimiyyətindən məlumat verilib.
Qeyd edək ki, ötən gün Biləsuvar şəhərində 5 200, Zəhmətabad, Bəydili və Xırmandalı kəndlərində isə 900 abonent olmaqla ümumilikdə 6 100 abonenti içməli su ilə təmin edən mərkəzi anbarda gigiyenik qaydalara uyğun olaraq təmizlik və dezinfeksiya işləri aparılıb.
Bu səbəbdən aparılan təmizlik işlərlə əlaqədar olaraq ötən gün axşamdan içməli suyun verilişində fasilə yaranıb.
Oxşar xəbərlər
Bu rayonun mərkəzi və 3 kəndi susuz qaldı
Biləsuvar rayonunun mərkəzində və 3 kəndində içməli suyun verilməsində fasilə yaranıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a rayon icra hakimiyyətindən məl...