Biləsuvarda sahibsiz heyvanlar sakinləri qorxuda saxlayır
Biləsuvar rayonunda sahibsiz itlərin yaratdığı təhlükə getdikcə daha ciddi xarakter alır. Rayon mərkəzi xəstəxanasının məlumatına görə, təkcə 15 gün ərzində it dişləməsi ilə bağlı ümumilikdə 26 nəfər tibb müəssisəsinə müraciət edib.
BAKU.WS xəbər verir ki bu barədə Baku TV-nin videomaterialında bildirilib.
"Məktəbə gedən uşaqlara hücum edirlər. Neçə dəfələrlə eşitmişik. Ancaq vurmağa qoymuruq. Yaxşı olardı ki, bunları sığınacağa yerləşdirələr", - deyə sakinlərdən biri bildirib.
Məsələyə Biləsuvar Rayon İcra Hakimiyyətinin Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi də münasibət bildirib. Qurumdan qeyd edilib ki, sahibsiz itlərin sığınacaqlara cəlb edilməsi istiqamətində işlər planlaşdırılır.
Oxşar xəbərlər
Azərbaycanda uşaqların anadan olması üçün birdəfəlik müavinət alanların sayı açıqlanıb
Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 20 032 nəfərə uşağın anadan olmasına...