Biləsuvarda maye qaza tələbat artdığı üçün yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvarda maye qaza tələbat artdığı üçün yanacaqdoldurma məntəqələrində növbələr yaranıb.
BAKU.WS-in məlumatına görə, "report"a rayon sakinləri bildirib ki, dekabrın 13-15-də 3 gün müddətinə Biləsuvarda təbii qazın verilişi dayandırılacağı üçün məntəqələrə axın ediblər.
Onların sözlərinə görə, rayon ərazisində cəmi iki maye qazdoldurma məntəqəsi var ki, onların birində yanacaq bu gün günorta saatlarında bitib. Digər məntəqədə isə uzun növbə var.
Qeyd edək ki, dövlət proqramı çərçivəsində təbii qazın həcminin qəbul edilməsini, əhaliyə fasiləsiz və təhlükəsiz çatdırılmasını təmin etmək üçün "Astara-Qazməmməd" magistral qaz kəmərində aparılan təmir və yeni çəkilmiş boru hissəsinin mövcud qaz kəmərinə qoşulması işlərinə görə 3 gün rayonda qaz olmayacaq.
Oxşar xəbərlər
SOCAR Bolqarıstan ərazisi ilə Azərbaycandan Ukraynaya ilk dəfə yanacaq tədarük edib
Azərbaycandan Bolqarıstan vasitəsilə SOCAR-ın yanacağının ilk tədarükü Ukraynaya edilib, həmçinin İtaliyadan da tədarüklər olub. BAKU.WS xəbər verir ki, bunu Az...