Biləsuvarda çörək sexinin fəaliyyəti dayandırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar rayonu, H.Əliyev prospektində yerləşən, Namiq Bayram oğlu Hacıyevə məxsus çörək istehsalı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlama keçiriblər.
BAKU.WS xəbər verir ki, baxış zamanı istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən və antisanitar vəziyyətdə fəaliyyət göstərdiyi aşkarlanıb.
Belə ki, etiketlənmədə başqa obyektin ünvanı və qeydiyyat nömrəsinin qeyd edildiyi, xammalın saxlanma şərtlərinə və texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, xəmirin mayalanmasında istifadə olunan taraların istismara uyğun olmadığı və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində inzibati tədbir görülüb, müəssisənin fəaliyyəti dayandırılıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...