Bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
İyulun 6-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.
Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Düşən yağıntının miqdarı Gəncədə 8, Qaxda 7, Şərur və Göygöldə 4, Şəki (Kişçay), Zaqatala, Balakən, Şəmkir, Gədəbəy, Tovuz və Şahdağda 2, Naxçıvan, Daşkəsən, Goranboy və Naftalanda 3, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək təşkil edib.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Şərur və Neftçalada 20, Culfada 19, Şamaxı və Naftalanda 18 m/s-yə çatır.
Dənizdə dalğanın hündürlüyü 4.2 metrdir.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-si səhərədək davam edəcəyi gözlənilir.
Oxşar xəbərlər
500 manatlıq əsginası olanların NƏZƏRİNƏ - Mərkəzi Bank açıqladı
Mərkəzi Bank 500 manat nominallı xatirə kağız pul nişanının ödəniş terminalı tərəfindən qəbul edilməməsinə münasibət bildirib. Bu barədə BAKU.WS-in sorğusuna ca...