Bəzi yerlərə leysan yağıb - FAKTİKİ HAVA
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 3-ü saat 19:00-a olan məlumata əsasən, Bakı, Maştağa, Pirallahı Naxçıvan, Naftalan, Oğuz, Şəki, Mərəzə, Xaçmaz, Qusar, Kürdəmir, Kişçay (Şəki), Daşkəsən, Göygöl, Quba, Yevlax, Göyçay, Sabirabad, Xınalıq, Nabran, Şahdağ, Lerik, Cəfərxan, İmişli, Salyan, Qazıməmməd, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Qrızda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yağan leysan yağışlar nəticəsində Talaçay, Zaqatala və Əyriçay Başdaşağıl məntəqələrindən sel keçib.
Şimal-qərb küləyi arabir Neftçalada 22 m/s, Bakıda və Qum adasında 28 m/s, Maştağada 25 m/s, Çilov adasında 22 m/s, Pirallahıda 20 m/s, Binədə 19 m/s, Neft Daşlarında 22 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.
Oxşar xəbərlər
Bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidməti iyulun 29-u saat 22:00-a olan məlumatı açıqlayıb. Xidmətdən BAKU.WS-ə verilən məlumata əsasən, Naxçıvan, Ordubad, Şahbuz, Oğuz,...