Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA
Sosial 7

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 08:00-a olan məlumatında bildirilib.

Qeyd olunub ki, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağır.

Qar örtüyünün hündürlüyü: Şahbuzda 2 sm, Xınalıq, Şahdağ, Xaltan, Qrızda 1 sm-dir.

Göygöl, Naftalan, Şəmkir, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Cəfərxan, Quba, Qusar, Şabran, Xaltan, Tərtər, Gəncə, Göyçay, Yardımlı, Lerik, Bakıda və Abşeron yarımadasında duman müşahidə olunur və görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 3-6 dərəcə isti, (dağlıq ərazilərdə 2 dərəcəyədək şaxta), Aran rayonlarında 5-7 dərəcə isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Fevral ayının hava proqnozu açıqlanıb

Fevral ayının hava proqnozu açıqlanıb

Fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Milli Hidrometeorologiya...

650 Sosial 17:03 31 yanvar 2024

Son xəbərlər