Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Aprelin 29-da saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, bəzi yerlərdə qısamüddətli intensiv xarakterli yağıntılar müşahidə olunur. Dağlıq ərazilərə - Şahdağa, Quba (Xınalıq, Qrız), Qusar (Laza) qar, digər ərazilərə isə yağış yağır.
Düşən yağıntının miqdarı Qəbələdə 17, Oğuzda 12, Göyçayda 9, Şəki və Qaxda 8, Yevlax, İsmayıllı, Göygöl və Şahbuzda 6, Şamaxı, Xızı, Xaltan, Ağsu və Naftalanda 5, Mingəçevir, Kürdəmir və Qobustanda 4, Şabran, Daşkəsən, Tərtər, Bərdə, Zərdab və Gədəbəydə 3, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Beyləqan, Quba, Yardımlı, Ağdam, Goranboy və Ordubadda 2, Xaçmaz, Laçın, Qubadlı, Kəlbəcər, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Cəbrayıl, İmişli, Sabirabad, Biləsuvar, Lerik, Astara, Zaqatala, Şəmkir, Tovuz, Balakən, Gəncə, Naxçıvan və Şərurda 1 mm-dir.
Oxşar xəbərlər
İdman zalında risk hesab edilən 3 məşq növü
İdman zalına gedən həvəskarlar peşəkarlarla müqayisədə daha tez-tez zədələnir. Mütəxəssislər bunu zəifliklə deyil, tələskənlik və düzgün texnikanın olmaması ilə...