Bəzi yerlərdə leysan, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyunun 16-sı gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin iyunun 18-i gündüzədək davam edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir.
Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.
Oxşar xəbərlər
Dövlət Komitəsinin sədri ABŞ-də Yuta Senatının prezidenti ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Yuta Senatının prezidenti Adam Stüart ilə görüş...
