Bəzi rayonlarda gözlənilən güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
İyulun 2-3-də bölgələrdə gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Qazax, Ağstafa, Şəmkir, Tovuz, Samux, Bərdə, Tərtər, Göygöl, Gədəbəy, Ağdam, Yevlax, Ağcabədi, Balakən, Zaqatala, Şəki, Qax, Culfada şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Narıncı xəbərdarlığa əsasən Naxçıvan, Babək, Şahbuz, Ordubad, Naftalan, Goranboy, Gəncə, Mingəçevir, Daşkəsəndə şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.
Oxşar xəbərlər
Bölgələrdə güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Bölgələrdə gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı iyunun 29-dan iyulun 1-i axşamadək Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərd...