Bəzi rayonlara yağış, Daşkəsənə qar yağır - FAKTİKİ HAVA

Martın 7-si saat 16:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti dəyişib.
Bu barədə BAKU.WS-ə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı, Sumqayıt, Maştağa, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Gədəbəy, Ağstafa, Gəncə, Şəmkir, Tovuz, Şəki, Qax, Balakən, Mingəçevir, Yevlaxda yağış, Daşkəsəndə isə qar yağır.
Binə, Pirallahı, Sumqayıt, Çilov adası, Naftalan, Qobustan, Quba, Qusar, Tərtər, Mingəçevir, Göyçay, Bərdə, Beyləqan, Goranboy, Hacıqabul, Biləsuvar, Astara, Ağdam, Zərdabda duman müşahidə olunur. Görünüş məsafəsi 500-800 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da eləcə də, Aran rayonlarında 13, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə 1 dərəcəyədək isti qeydə alınıb.
Oxşar xəbərlər
Bakıda küləyin sürəti 33 m/s-ə çatır - FAKTİKİ HAVA - YENİLƏNİB
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 17-si saat 21.00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli və yağı...
