Bəzi rayonlara leysan yağıb, külək güclənib - FAKTİKİ HAVA

Bəzi rayonlara leysan yağıb, külək güclənib - FAKTİKİ HAVA
Sosial 16

Azərbaycanın bəzi yerlərində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.

BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 1-i saat 10:00-a olan məlumatında qeyd edilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında 18-22 mm yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 300-524 %-ni təşkil edib. Saat 20:35 və 21:50 radələrində şəhərətrafı ərazilərdə intensiv leysan yağışla bərabər xırda dənəli dolu müşahidə olunub.

Rayonlarda düşən yağıntının miqdarı: Şahdağda 51 (aylıq normanın 151 %-i), Qusarda 28 (aylıq normanın 83 %-i), Qəbələdə 18, Xızı, Xaltan, Şabranda 14, Qrızda 13, Xınalıq, Ağstafada 10, Lerik, Oğuzda 8, Zaqatala, Qax, Şəki, Balakəndə 7, Qobustanda 5, Qubada 4, Lənkəran, Astara, Yardımlıda 3, Göyçay, İmişli, Sabirabad, Biləsuvar, Daşkəsəndə 2, Şamaxı, Xaçmaz, Şirvan, Mingəçevir, Yevlax, Zərdab, Kürdəmir, Salyan, Ağdam, Tovuz, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı, Şuşada 1 mm-dək qeydə alınıb.

Bəzi yerlərdə külək əsib. Şimal-qərb küləyinin maksimal sürəti Neftçalada 20, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şirvanda 18, Culfada 17 m/s-yə çatıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Modern.az-ın fəaliyyətə başlamasından 17 il ötür

Modern.az-ın fəaliyyətə başlamasından 17 il ötür

Bu gün Modern.az xəbər portalının yaranmasının ildönümüdür. Saytın fəaliyyətə başlamasından artıq 17 il ötür. Modern.az 2009-cu il sentyabrın 1-də istifadəyə ve...

1 Sosial 11:08 01 sentyabr 2026

Son xəbərlər