Bəzi ərazilərə yağış yağır - Faktiki hava
Azərbaycan ərazisinin bəzi yerlərində bu gün yağıntılı hava şəraiti davam edib.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntı intensiv və güclü olub.
Düşən yağıntının miqdarı Biləsuvarda 62, İsmayıllıda 28, Göyçay, Oğuzda 25, Xızıda 24, Sabirabadda 15, Xaltanda 14, Şabran 13, Zaqatalada 12, Balakən, Lerik, Quba, Gədəbəydə 11, Qobustan, Göygöldə 10, Şəkidə 9, Kürdəmir, Şamaxıda 8, Tərtər, Mingəçevir, Qusar, Qaxda 7, Ağdam, Şahbuz, Gəncə, Daşkəsəndə 5, Şahdağ, Qəbələ, Zərdab, Naftalanda 4, Lənkəran, Astara, Neftçala, Tovuzda 3, Yardımlı, Beyləqan, Ceyrançöldə 2, Xaçmaz, Ordubad, Culfa, Şəmkir, Bərdə, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Zəngilanda 1 mm-dək qeydə alınıb.
Oxşar xəbərlər
Sabah 27 dərəcə isti olacaq - Bazar gününün havası
Mayın 24-də gözlənilən hava şəraiti açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşero...