Bəzi ərazilərdə qar örtüyünün hündürlüyü 22 sm-ə çatıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 25-i saat 10-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.
Belə ki, düşən yağıntının miqdarı Astarada 20, Lənkəranda 17, Qəbələdə 14, Şamaxıda 12, Şabranda 11, İsmayıllıda səkkiz, Lerikdə altı, Altıağac, Şəki və Neftçalada dörd, Oğuz eyni zamanda Bakıda və Abşeron yarımadasında üç, Xaçmaz və Yardımlıda iki, Ağsu, Şuşa, Biləsuvar, Kürdəmir, Göyçay, Tərtər və Balakəndə bir mm-dək qeydə alınıb.
Dağlıq ərazilərdə isə qar yağıb, yağan qar örtüyünün hündürlüyü Zaqatalada (Əlibəy) 22, Qusarda (Laza) 18, Qubada (Qrız) 17, Şahdağda doqquz, Qaxda (Sarıbaş) altı, Xınalıqda dörd, Xaltanda üç, Qobustanda iki sm-dir.
Martın 24-də şimal-qərb küləyi əsib, küləyin sürəti Naftalanda 20, Mingəçevirdə 18, Şabran və Xaltanda 16 m/s-dək güclənib.
Dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb.
Qax, Balakən, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Göyçay və Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında altı, Aran rayonlarında yeddi, Naxçıvan MR-da beş dərəcəyədək isti, dağlıq rayonlarda isə səkkiz dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Piyada keçidi olmayan 8 zolaqlı yol TƏHLÜKƏ SAÇIR
Səkkiz zolaqlı yol, sürətlə şütüyən avtomobillər… Nə piyada keçidi var, nə svetofor, nə də yerüstü keçid… Avtomobillər saatda 90 kilometrdən artıq sürətlə hərək...
