Bəzi dağlıq və dağətəyi ərazilərdə qeyri-sabit hava şəraiti iyulun 1-i axşamadək davam edəcək

Bəzi dağlıq və dağətəyi ərazilərdə qeyri-sabit hava şəraiti iyulun 1-i axşamadək davam edəcək
Sosial 29

Bəzi dağlıq və dağətəyi ərazilərdə qeyri-sabit hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iyunun 29-u saat 16:00-a olan məlumata əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Yardımlıda arabir yağış yağıb.

Sinoptiklərin tərəfindən öncədən verilən narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Goranboyda 23 m/s, Naftalanda 22 m/s təşkil edir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 30, Aran rayonlarında 30, dağlıq rayonlarda 19 dərəcəyədək isti olub.

Bəzi dağlıq və dağətəyi ərazilərdə müşahidə olunan yağıntılı hava şəraitinin iyulun 1-i axşamadək davam edəcəyi, şərq küləyinin bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda və bəzi rayonlarda külək güclənib, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB 4

Bakıda və bəzi rayonlarda külək güclənib, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB 4

Milli Hidrometeorologiya Xidmətinin iyunun 1-i saat 22:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunu...

326 Sosial 22:25 01 iyun 2024

Son xəbərlər