Beş və daha çox uşaqlı 3 minə yaxın qadın sosial müavinət alır

Azərbaycanda hazırda beşdən çox uşağı olan qadın kimi sosial müavinət alan qadınların sayı 2 849 nəfər təşkil edir.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Məlumat üçün bildirək ki, həmin şəxslər uşağın 18 yaşı tamam olan ayın sonunadək hər uşağa görə 140 manat müavinət alır.
Qeyd edək ki, bu müavinət Azərbaycan vətəndaşları, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, ölkə ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilərə şamil olunur.
Oxşar xəbərlər
Paytaxtın bu ünvanında təhlükəli vəziyyət aradan qaldırılıb
"1 iyul 2025-ci il tarixində BAKU.WS-dən daxil olmuş müraciət tərəfimizdən araşdırılıb". Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən BAKU.WS-ə bildiri...
